12 
İyl
2020
13:40
600
100
10081
Virtual karabakh

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO

12 İyl, 2020
13:40
10081

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur.

Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Qeyd edək ki Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Həmin şəxs polisin nəzarətinə götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri