12 
İyl
2020
17:56
32
192
5408
Virtual karabakh

Qazaxdakı qəzada xəsarət alanların şəxsiyyəti bəlli oldu - YENİLƏNİB

12 İyl, 2020
17:56
5408

Qazaxdakı qəzada xəsarət alanların şəxsiyyəti bəlli oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza zamanı 1991 ci il təvəllüdlü Məmmədov Anar və 1985 ci il təvəllüdlü Novruzlu Rahim xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti ağır olduğundan Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

16:58

Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri