12 
İyl
2020
19:54
117
389
25966
Virtual karabakh

Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib

12 İyl, 2020
19:54
25966

Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Bu barədə “Report”a sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

Bildirilib ki, F.Ələkbərovun anası Ruqiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova vəfat ediblər.

“Ruqiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Ruqiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi”, - məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri