12 
İyl
2020
21:23
271
55
4571
Virtual karabakh

Bakıda illərlə qalaqlanmış zibillik ETSN-nin müdaxiləsindən sonra təmizləndi - FOTO

12 İyl, 2020
21:23
4571

Bakıda illərlə qalaqlanmış zibillik ETSN-nin müdaxiləsindən sonra təmizləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Baku TV Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yaşayanların illərdir həllini tapmayan problemini işıqlandırdı.

Belə ki, ərazidə illərlə qalaqlanan zibil sakinlərin icra orqanlarına illərlə şikayətlərinə rəğmən, təmizlənməmiş qalmışdı.

Baku TV-nin sakinlərin müraciəti əsasında hazırladığı reportajın Oxu.Az-da dərc olunmasından sonra problem qismən həllini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın köməyi, nazirliyin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin bilavasitə göstərişi, Bakı Şəhər İcra Hakimiyyəti və xidmət əməkdaşlarının ərazi icra nümayəndəliyi ilə müəyyən danışıqlarından sonra ərazi təmizlənib.

Qeyd edək ki, artıq neçənci dəfədir ki, məhz ETSN-nə müraciətimizdən dərhal sonra, onların tələbi və göstərişi ilə məsələ həllini tapır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri