13 
İyl
2020
11:18
244
58
3933
Virtual karabakh

Təxliyyə edilən Azərbaycan vətəndaşları Tbilisidən yola salınıb - YENİLƏNİB + FOTO

Gürcüstandan təxliyə edilən 200 Azərbaycan vətəndaşı Tbilisidən yola salınıb.

APA xəbər verir ki, təxliyyə edilən vətəndaşlar bu dəqiqələrdə paytaxt Tbilisidən dörd xüsusi avtobusla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınıblar.

Onları Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edirlər.

09:38

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyyə edilir.

APA xəbər verir ki, təxliyyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır.

Onlar saat 10:00-da buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində PCR testindən keçirilib və onların heç birində COVID-19 virusu aşkarlanmayıb.

Təxliyyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri