13 
İyl
2020
13:11
30
314
15113
Virtual karabakh

Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış: Yaralılar var - YENİLƏNİB

13 İyl, 2020
13:11
15113

Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış: Yaralılar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində baş verən yanğın zamanı iki nəfər yaralanıb.

Bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, yaralılardan birinə ambulator yardım göstərilib, evə buraxılıb, digəri isə xəstəxanadadır.

12:48

Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğın olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

12:39

Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində partlayış olub.

Oxu.Az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası gəlib.

Hadisənin təfərrüatı araşdırılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri