14 
İyl
2020
02:53
73
195
3425
Virtual karabakh

Cəlilabadda baş həkimin evi yanıb

Cəlilabad rayonunun Günəşli kənd həkim məntəqəsinin baş həkimi Cavanşir Bağırova məxsus ümumi sahəsi 120 kvm olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 100 kvm sahədə yanıb.

"Report"un məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri