14 
İyl
2020
11:26
167
19
2128
Virtual karabakh

Sel sularına görə bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olundu - VİDEO

14 İyl, 2020
11:26
2128

Sel sularına görə bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 13-də axşam saatlarından Qubaya yağan güclü leysan Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsinin və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib: 

“Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikası əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.

Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxdur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri