14 
İyl
2020
12:36
17
158
3164
Virtual karabakh

Naftalanda üç nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

14 İyl, 2020
12:36
3164

Naftalanda üç nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 13-də, saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə 1996-cı il təvəllüdlü Camal Dadaşovun idarə etdiyi “VAZ 2107” avtomobilinin toqquşması nəticəsində üç nəfərin ölümü, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı məlumatı Goranboy Rayon Prokurorluğu yayıb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri