14 
İyl
2020
15:13
135
29
1834
Virtual karabakh

Azərbaycan aviatorları yenidən qanvermə aksiyasında iştirak edirlər - FOTO

14 İyl, 2020
15:13
1834

Azərbaycan aviatorları yenidən qanvermə aksiyasında iştirak edirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı iyul ayının 14-də Bakıda növbəti dəfə könüllü qanvermə aksiyası keçirir. 

AZAL-dan verilən məlumata görə, aksiyada 300 nəfərdən çox Azərbaycan aviatoru iştirak edir.

Aviaşirkətin əməkdaşları talassemiyadan və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan verirlər.

Xatırladaq ki, aprel ayında Azərbaycan aviatorları Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulmuşdular.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi şəraitində aviatorlar qan bankının doldurulması aksiyasında iştirak edirlər.

Aksiya qanvermə zamanı donor və həkimlərin təhlükəsizliyinin təmin edilməsinə yönəldilən, qüvvədə olan əks-epidemioloji tədbirlərə müvafiq olaraq, xüsusi qrafik üzrə keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri