14 
İyl
2020
15:07
438
91
2830
Virtual karabakh

Elşad Mirbəşiroğlu: “Azərbaycan Ordusunu məğlub etmək qeyri-mümkündür”

14 İyl, 2020
15:07
2830

Elşad Mirbəşiroğlu: “Azərbaycan Ordusunu məğlub etmək qeyri-mümkündür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Ordusunun generalının qəhrəmancasına həlak olması sübut edir ki, ordumuzun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi elmlər doktoru, millət vəkili Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Azərbaycan Ordusu istər texniki təchizat cəhətdən, istərsə də şəxsi heyət baxımından işğalçı Ermənistanın ordusundan qat-qat güclüdür:

“Hesab edirəm ki, düşmənin növbəti dəfə Azərbaycan ərazilərinə təxribat xarakterli cəhdləri nəticəsiz qaldı. Azərbaycanlı generalın və digər yüksək rütbəli hərbçilərimizin həlak olması aydın şəkildə göstərir ki, döyüşdə siravi əsgərlərin yanında ən yüksək rütbəli hərbçilərimiz də var. Onlar çiyin-çiyinə əsgərlərimizin yanındadır və düşmənə layiqli cavab verməkdə davam edirlər. Bu, döyüş ruhundan, vətənə olan sevgidən irəli gələn addımdır. Azərbaycanın belə güclü ordusunu məğlub etmək qeyri-mümkündür. Təcavüzkar Ermənistan yenə şahid oldu ki, Azərbaycan dövləti güclüdür. Heç bir halda bir qarış torpağından belə geri çəkilməyəcək.

Biz bununla bir daha nümayiş etdirdik ki, işğal altında olan torpaqlarımızı da hərbi yolla azad edə biləcəyik. Çünki münaqişənin dinc tənzimlənməsi istiqamətində fəaliyyət göstərən beynəlxalq instansiyalar, konkret olaraq ATƏT-in Minsk qrupu ancaq imitasiya ilə məşğuldur. Görünən odur ki, onların fəaliyyəti elə fəaliyyətsizlikdən ibarətdir. Azərbaycan Ordusu, əsgəri, generalı bu döyüşdə gözünü belə qırpmadan vətən uğrunda qəhrəmancasına canını verməyə hazırdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri