15 
İyl
2020
12:03
86
26
2386
Virtual karabakh

Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti uzadılır

15 İyl, 2020
12:03
2386

Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti uzadılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti iyulun 20-dək uzadılır.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

15 iyul saat 11:15-ə olan məlumata əsasən, qəbul olunan bakalavrlardan 72%-i qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinin qeydiyyat müddətinin artırılması ilə bağlı müraciətləri nəzərə alınaraq, DİM tərəfindən müəyyən olunan son qeydiyyat tarixi iyulun 20‑dək uzadılıb.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Xatırladaq ki, cari ildə bir ali məktəbin bakalavr səviyyəsini tam bitirən və akademik borcu olmayan, lakin digər ali məktəbin magistratura səviyyəsinə qəbul olunan bakalavrlardan qeydiyyat zamanı tələb olunan ali təhsil müəssisəsini bitirməsi haqqında arayışı daxil olduğu ali təhsil müəssisəsinə təqdim etməyə ehtiyac yoxdur. Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn qeydiyyat proseduru nəzərə alınaraq, ali təhsil müəssisələrinin bu prosesi həyata keçirən məsul şəxslərinə “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilən bakalavrların məlumatlarını qeydiyyat sistemi vasitəsilə onlayn əldə etmək imkanı yaradılıb.

2020-ci il iyulun 20-dək tələb olunan digər sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri