15 
İyl
2020
14:57
335
49
4219
Virtual karabakh

Anası koronavirusdan sağalan məşhur teleaparıcı: “Həkimlərə təşəkkür edirəm”

15 İyl, 2020
14:57
4219

Anası koronavirusdan sağalan məşhur teleaparıcı: “Həkimlərə təşəkkür edirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Anam dünən müalicə aldığı Bakı Sağlamlıq Mərkəzindən evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır”.

Bunu Oxu.Az-a bir müddət əvvəl anası koronavirusa yoluxan həmkarımız, ATV telekanalının aparıcısı Pərvin Əsgərli deyib.

Onun sözlərinə görə, anasının vəziyyəti normaldır və özünü rahat hiss edir:

“Ötən gün xəstəxanadan evə buraxıldı. Artıq evdə yüngül müalicəsi davam etdirilir. Çox şükür, özünü yaxşı hiss edir. Bir az halsızlığı var. Amma həkimlər bunun ola biləcəyini deyir. Təxminən bir ay ərzində orqanizm özünü topladıqdan sonra bu halsızlıq da keçib gedəcək.

Bir daha Bakı Sağlamlıq Mərkəzinin bütün rəhbərliyinə, koronavirus xəstələrinə baxan, onları sağlamlıqlarına qovuşduran bütün həkimlərə təşəkkür edirəm”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri