15 
İyl
2020
18:25
177
76
5565
Virtual karabakh

Baş nazirdən “Yanar dağ” Qoruğu ilə bağlı QƏRAR

15 İyl, 2020
18:25
5565

Baş nazirdən “Yanar dağ” Qoruğu ilə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilib.

Bu, Nazirlər Kabinetinin “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qərara görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarının 2-ci hissəsi ləğv edilib. Yəni, beləliklə, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təqdim etdiyi plan-sxemə uyğun olaraq müəyyən edilməyəcək. 

Həmçinin, Torpaq Məcəlləsinin və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən xəritədə Qoruğun ərazisinə daxil edilmiş qeyri-dövlət mülkiyyətində olan torpaqların mülkiyyətçilərin razılığı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş dövlət vəsaiti hesabına satın alınması təmin ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri