15 
İyl
2020
18:51
124
761
18567
Virtual karabakh

Dünən gecə Milli Məclisə dəyən ziyan açıqlandı

15 İyl, 2020
18:51
18567

Dünən gecə Milli Məclisə dəyən ziyan açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub”.

Azərbaycan Respublikası Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda belə deyilir. 

Bildirilir ki, dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 azn məbləğində maddi ziyan dəyib:

“Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri