15 
İyl
2020
20:16
364
125
6205
Virtual karabakh

Lənkəranda yürüş keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə saxta məlumatlar yayanlar saxlanılıb - VİDEO

15 İyl, 2020
20:16
6205

Lənkəranda yürüş keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə saxta məlumatlar yayanlar saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda bir qrup şəxs düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə saxta profillər və ani mesajlaşma sistemlərində qruplar yaradaraq həqiqətə uyğun olmayan çağırışlar edib.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Xəbərə görə, bununla da həmin şəxslər tərəfindən Lənkəran şəhəri ərazisində yürüşün keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər qısa zamanda müəyyən olunub və saxlanılaraq şöbəyə gətiriliblər. Polis şöbəsində həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlara ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdərən üçü yetkinlik yaşına çatmayanlardır. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri