15 
İyl
2020
22:15
283
43
3527
Virtual karabakh

Sənaye sahəsi üzrə müasir tipli peşə təhsil müəssisəsinə tələbə qəbulu başlayır

15 İyl, 2020
22:15
3527

Sənaye sahəsi üzrə müasir tipli peşə təhsil müəssisəsinə tələbə qəbulu başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində yaradılmış müasir tipli peşə təhsil müəssisəsinə 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda belə deyilir. 

500 nəfərin təhsil alması üçün hər cür şəraitin yaradıldığı peşə təhsil müəssisəsində kimya, inşaat və mexatronika istiqamətləri üzrə - torna və frezer dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, veb dizayner və proqram təminatçısı ixtisasları üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

Tədris prosesində istifadə edilən təhsil proqramları (kurikulumlar) müvafiq sənaye sahələri üzrə özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb. Bir illik təhsil müddətində tələbələr təqaüdlə təmin olunacaq və “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidentlərində təcrübə keçməklə iş yeri əldə etmək imkanı qazanacaqlar. Qəbul vaxtı və proseduru barədə əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri