16 
İyl
2020
00:18
620
48
5468
Virtual karabakh

Stalik Xankişiyev Ermənistanın Azərbaycana qarşı təxribatını kəskin şəkildə qınadı - VİDEO

Əslən azərbaycanlı olan məşhur kulinar Stalik Xankişiyev son günlər Azərbaycan – Ermənistan sərhədində yaşanan qarşıdurma ilə bağlı fikirlərini səsləndirib.

Rusiyanın tanınmış kulinarı S.Xankişiyev fikirlərini milyon yarımlıq izləyicisi olan “Youtube” kanalında video şəklində bölüşüb.

O bildirib ki, iki ölkə arasında Qarabağa görə yaranmış münaqişə 30 ildən çoxdur həllini tapmayıb. Nəticəsiz danışıqlara baxmayaraq, Azərbaycan hələ də problemin sülh yolu ilə həll olunacağına inamını itirməyib. S.Xankişiyev hesab edir ki, iqtisadi böhran və koronavirusa görə vəziyyətin heç də yaxşı olmadığı Ermənistana isə görünür, sülh lazım deyil.

Kulinar döyüşlərin Qarabağda yox, oradan uzaqda olan Tovuz ərazisindən başlamasını da düşmənin təxribatı sayır.

S.Xankişiyevin fikirlərini video şəklində təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri