16 
İyl
2020
12:56
14
378
3279
Virtual karabakh

Goranboyun bir qəsəbəsi tamamilə susuz qalıb - RƏSMİ CAVAB

16 İyl, 2020
12:56
3279

Goranboyun bir qəsəbəsi tamamilə susuz qalıb - RƏSMİ CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonun Qazanbulaq qəsəbəsində su problemi pik həddə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə redaksiyamıza qəsəbə sakinləri tərəfindən məlumat verilib.

Onların sözlərinə görə, artıq 20 gündən çoxdur ki, sözügedən yaşayış məntəqəsinə su verilmir:

“Burada yaşayan 196 ailənin vəziyyəti acınacaqlıdır. 20 ilə yaxındır ki, bizim qəsəbədə su ilə bağlı problemlər var. Aidiyyəti qurumlara müraciət etmişik. Aldığımız yeganə cavab “çalışırıq” olub. Biz hələ də bilmirik ki, çalışırıq deyən qurumlar konkret olaraq nə edir ki, 20 ildir nəticə ala bilmirik?

Koronavirus pandemiyası su məsələsini pik həddə çatdırdı. Su ala biləcəyimiz ən yaxın mənbə isə Kürəkçayın qəsəbədən dörd-beş kilometr aralıda keçən qoludur. O çayın suyunun quruması kimi məqam yoxdur. Amma suyu içməyə yararsızdır, biz onu qaynadıb istifadə edirik. Qəsəbədəki nasosxanadan iki kilometr aralıda olan fermer təsərrüfatlarına su gedir. 140 təsərrüfat sahəsi beş yerə bölünüb və ən yaxşı halda beş gündən bir su verilirdi. İndi isə qrafik 10-15 gündən bir olub. Amma bizim qəsəbəyə su çatdırıla bilmir. Aidiyyəti qurumlar deyir ki, alternativ su mənbələri axtarırıq. Bizə təsərrüfat üçün yox, məişət üçün lazımdır. İçməyə, yuyunmağa su tapa bilmirik. Pandemiya dövründə bu problem bizi çox narahat edir”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələ ilə bağlı redaksiyamıza açıqlamasında sözügedən qəsəbədə həqiqətən də su probleminin olduğunu təsdiq edib:

“Rayonun Qazanbulaq qəsəbəsi Kürəkçayın aşağı hissəsində yerləşir. Orada sudan istifadə edən 140 ev təsərrüfatı var. Yay mövsümündən fərqli olaraq, qışda, payızda insanlar normal qaydada içməli su ilə təmin edilir. Lakin hazırda çayda su, demək olar ki, quruyub. Bu da  əhalinin su təchizatında fasilələrin yaranmasına gətirib çıxarır. “Meliorasiya və Su Təsərrüfatı” ASC kənddə bir artezian quyusu qazıb, amma onun suyu şor olduğu üçün içməyə yararsızdır. Ona görə də, “Azərsu” ASC-nin mütəxəssisləri yay aylarında alternativ su mənbəyi kimi qəsəbəyə ən yaxın şirin su mənbəyini tapmağa çalışacaq. Kənd əhalisinin su təchizatına kömək məqsədilə maşınla suyun daşınması da nəzərdə tutulur”.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-yə də sorğu ünvanladıq. Məsələnin araşdırılacağı deyilsə də, heç bir cavab verilmədi.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri