18 
İyl
2020
00:56
477
35
3956
Virtual karabakh

Azərbaycan ordusu sərhəddə, gəncləri isə virtual məkanda erməni təxribatı ilə döyüşür

12 iyul tarixindən etibarən milli ordumuz Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrinin təcavüzkar hücumuna qarşı rəşadətlə döyüşməkdədir.

Azərbaycan Gənclər Fondundan daxil olan məlumatda deyilir ki, cəbhədə gedən müharibə ilə yanaşı, son günlərdə erməni təbliğat maşını sosial şəbəkələrdə tam gücü ilə dövlətimizə, ordumuza və xalqımıza qarşı çirkin hücuma başlayıb. Ermənistana bağlı olan ayrı-ayrı səhifələr, xarici ölkələrdə yaşayan ermənilər, erməni diaspora fəalları və onun üzvləri tərəfindən yalan və kin üzərində qurulmuş uydurma məlumatlar paylaşılmaqdadır. Bu fəaliyyətin kökündə Azərbaycan cəmiyyətində hökm sürən vətənpərvərlik ruhunu sarsıtmaq və beynəlxalq ictimaiyyətin rəyini Ermənistanın təcavüzkar mahiyyətindən yayındırmaq cəhdi dayanır.

Bu günlər ərzində azərbaycanlı sosial şəbəkə istifadəçiləri, xüsusilə də gənclərimiz ermənilər tərəfindən yayılan bütün məlumat və saxta xəbərlərə, beynəlxalq ictimaiyyətə edilən çağırışlara qarşı sərt mövqe nümayiş etdirir, danılmaz arqument və faktlara əsaslanan paylaşımlar etməklə erməni yalanını ifşa edir. Bu səylər öz nəticələrini verməkdədir, belə ki, bir çox saxta məlumat və çağırışlar internet məkanından çıxarılıb.

Təhlillərə əsasən deyə bilərik ki, Azərbaycan həqiqətlərini geniş beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından bu mübarizə fasiləsiz və sistematik şəkildə davam etdirilməlidir.

Bu məqsədlə, Gənclər Fondu Azərbaycanın fəal gəncləri və gənclər təşkilatları nümayəndələri bütün sosial şəbəkə istifadəçilərini virtual platformalarda bundan sonra da fəal şəkildə milli maraqlarımızın müdafiəsində durmağa səsləyir.

Azərbaycan həqiqətlərini dolğun çatdırmaq və erməni yalanlarına son qoymaq məqsədilə hər kəsi “Azərbaycan gəncliyi” “Facebook” qrupuna qoşulmağa və orada, eləcə də “azerbaycangencliyi” “İnstagram” və “azerbaijanyouth” “Tvitter” səhifələrində yayılan məlumat və faktları dünya ictimaiyyətinə çatdırmağa dəstək olmağa çağırırıq! Qrup tərəfindən hər gün fasiləsiz olaraq, sosial şəbəkələrdə monitorinqlər aparılacaq, mümkün təxribatlar və onların cavablandırılması yolları barədə üzvlərə təlimatlar göndəriləcək.

Ədalətin zəfər çalması üçün gəlin birlikdə təbliğat aparaq!

10 milyon insan – 10 milyon əsgər!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri