22 
İyl
2020
10:48
40
149
5704
Virtual karabakh

Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

22 İyl, 2020
10:48
5704

Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır, stabil olaraq qalır”.

Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, Əməkdar artistin hemodinamik göstəriciləri qaydasındadır:

“Udqunma və qidalanmada narahatlıq müşahidə edilmir. Fəaldır, yeriyir. Mövcud olan traxeostomik boru daha kiçiyi ilə dəyişdirilib. Son iki gün ərzində həmin boru qapalı saxlanılıb və xəstə fizioloji yolla, burun-ağız yolu ilə tənəffüsdədir.

Yaxın günlərdə həmin borunun da tamamilə çıxarılması nəzərdə tutulur. Ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsini nəzərə alaraq, infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri