25 
İyl
2020
11:37
194
22
2280
Virtual karabakh

Şəkidə mal-qara oğruları tutuldu

25 İyl, 2020
11:37
2280

Şəkidə mal-qara oğruları tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Yeni Çələbixan qəsəbəsində ümumi dəyəri dörd min manatdan yuxarı olan iribuynuzlu mal-qaranın oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dörd baş dananı oğurlayan şəxslərin Şəki şəhər sakinləri Famil Səmədov və Sabir Pirməmmədov olduqları müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılıb. Oğurlanmış heyvanlar isə F.Səmədovun yaşadığı evin həyətyanı sahəsində aşkarlanıb və onlar sahibinə geri qaytarılıb.

F.Səmədov və S.Pirməmmədov həmin heyvanları sataraq, pul əldə etmək istədiklərini bildiriblər. 

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri