29 
İyl
2020
10:13
19
266
3215
Virtual karabakh

Hacıqabulda koronavirus xəstəsi yaşadığı yeri icazəsiz tərk etdi - VİDEO

29 İyl, 2020
10:13
3215

Hacıqabulda koronavirus xəstəsi yaşadığı yeri icazəsiz tərk etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib. 

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları və həkimlər tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xaqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edib.

X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilib və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri