29 
İyl
2020
10:47
33
120
5176
Virtual karabakh

Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO

29 İyl, 2020
10:47
5176

Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır.

Bu məqsədlə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq, icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri