30 
İyl
2020
09:58
13
116
2298
Virtual karabakh

Bakıda avtomobildən üç min manat pul oğurlandı

30 İyl, 2020
09:58
2298

Bakıda avtomobildən üç min manat pul oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtoyuma məntəqəsində oğurluq hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə iyulun 10-da gecə saatlarında Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs “Toyota” markalı avtomobildən üç min manat pul oğurlayıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1983-cü il təvəllüdlü Ramin İmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri