Avq
2020
12:42
57
434
3244
Virtual karabakh

Bakıda qanunsuz ət kəsimi ilə məşğul olan yeddi nəfər tutuldu - FOTO/VİDEO

1 Avq, 2020
12:42
3244

Bakıda qanunsuz ət kəsimi ilə məşğul olan yeddi nəfər tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoyumadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Badamdar qəsəbəsində “Dərə” adlanan ərazidə qeyri-qanuni heyvan kəsimi həyata keçirildiyi məlum olub.

Bu fəaliyyətlə məşğul olan ümumilikdə yeddi nəfər saxlanılaraq, 41-ci Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib. 

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri cərimə edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri