Avq
2020
11:54
41
208
1942
Virtual karabakh

Birinci yarımildə ƏƏSMN tərəfindən 646 min vətəndaşın müraciəti cavablandırılıb

2 Avq, 2020
11:54
1942

Birinci yarımildə ƏƏSMN tərəfindən 646 min vətəndaşın müraciəti cavablandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 25 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib, 646 min vətəndaş müraciəti cavablandırılıb.

ƏƏSMN-dən Oxu.Az-a verilən məlumata görə, nazirlik tərəfindən  bu ilin 6 ayında (karantin dövründə Operativ Qərargahın tələblərinə uyğun) 25,5 mindən çox vətəndaş  fərdi qaydada qəbul edilib.

Onlardan 869-nu nazir, nazir müavinləri, nazirliyin Aparat rəhbəri və digər rəhbər vəzifəli şəxsləri qəbul edib.

Yanvar-iyun aylarında ümumilikdə Nazirlik tərəfindən 646,4 min (o cümlədən 142 Çağrı mərkəzi vasitəsilə 421,7 min, ərizə, onlayn, elektron poçt ilə edilən 155 min, sosial şəbəkələr (facebook, instagram və s.) vasitəsilə 61,2 min, Nazirliyin Aparatı üzrə iş telefonları vasitəsilə 8,5 min) vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri