Avq
2020
11:02
126
9
2024
Virtual karabakh

Silsilə oğurluq edən şəxslər tutuldu - FOTO

3 Avq, 2020
11:02
2024

Silsilə oğurluq edən şəxslər tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl Rayon Polis Şöbəsinin ( RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çaykənd kəndi ərazisində yerləşən mağazalardan, fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri - 28 yaşlı Eltac İsazadə və 23 yaşlı Saləddin Hüseynov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar iyul ayının müxtəlif vaxtlarında kənd ərazisində yerləşən iki mağazadan 1503 manat dəyərində tütün məmulatları və müxtəlif növ məhsullar, iki fərdi yaşayış evindən ümumilikdə 400 manat nağd pul, 200 manat dəyərində qol saatı və müxtəlif məbləğlərdə elektrik avadanlıqları oğurlayıblar.

Davam etdirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin kənd sakininə məxsus avtomobilə gizli yolla qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində musiqi avadanlığı da oğurladığı məlum olub. Saxlanılan şəxslərin sonuncu cinayət əməli isə rayon sakininə məxsus 800 manat dəyərində mobil telefonu oğurlamaq olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri