Avq
2020
18:22
18
220
5992
Virtual karabakh

TƏBİB-dən koronavirusla bağlı ÇAĞIRIŞ

3 Avq, 2020
18:22
5992

TƏBİB-dən koronavirusla bağlı ÇAĞIRIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəstəlikdən sağalmış insanların plazmasından müalicədə istifadə davam edir. Burada tibbi göstərişlər və əks göstərişlər var”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O bildirib ki, hər sağalmış xəstənin qanından istifadə edilmir:

“Burada tibbi amillər var. Həmçinin, bu, könüllü prosesdir. Hər bir sağalan vətəndaş müraciət etsə, diqqətlə yanaşılacaq və könüllü donor olanların bazası yaradılsa, o donorlar cəlb olunacaq”.

“Proses davam edir. Sağalan və könüllü olan vətəndaşlar müraciət etməlidir. Plazmalara xəstələrin sağalmasında böyük ehtiyac var”, - deyə, o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri