Avq
2020
18:41
59
261
8557
Virtual karabakh

Yaqut Qarayeva: “Sərtləşdirilmiş karantin rejimindən...”

3 Avq, 2020
18:41
8557

Yaqut Qarayeva: “Sərtləşdirilmiş karantin rejimindən...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Virusun mutasiyaya uğraması barədə fikir söyləmək ciddi məsələdir. Biz əgər virusun araşdırılmasını aparmırıqsa və əlimizdə sübutlar yoxdursa, mutasiya və ya xəstəliyin yüngülləşdiyini deyə bilmərik”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, əgər bu gün xəstə sayı azalıbsa, sərtləşdirilmiş karantin rejimində yaşadığımızı nəzərə almalıyıq:

“Biz mərhələli şəkildə sərtləşdirilmiş karantin rejimindən çıxmalıyıq. Eyni anda bütün müəssisələrin açılmasına gedə bilmərik. Bu gün ağır xəstələrin sayı azalıbsa, bu, həkimlərin apardığı müalicənin nəticəsidir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri