Avq
2020
00:11
30
241
7055
Virtual karabakh

Salyandakı qəzada xəsarət alanlardan biri baş həkimdir - YENİLƏNİB + FOTO

4 Avq, 2020
00:11
7055

Salyandakı qəzada xəsarət alanlardan biri baş həkimdir - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub. 

APA-nın məlumatına görə, qəza zamanı üç nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yaralılardan kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb. 

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm Xəstəxanasının baş həkimidir.

3 avqust, 23:53

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək əvvəlcə “Daewoo” markalı minik avtomobilinə, daha sonra isə “Toyota Prado” markalı minik avtomobilinə çırpılıb.

Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların şəxsiyyətləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri