Avq
2020
10:00
215
54
2019
Virtual karabakh

Əhaliyə pulsuz maska paylanıldı - FOTO

4 Avq, 2020
10:00
2019

Əhaliyə pulsuz maska paylanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət-biznes əməkdaşlığı çərçivəsində sosial aksiyaya start verilib.

İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Mətanət A” şirkətinin dəstəyi ilə paytaxt Bakıda və ölkə regionlarında həyata keçirilmiş maarifləndirici aksiya çərçivəsində vətəndaşlara koronavirus infeksiyasından qorunmaq üçün tibbi maska paylanılıb, xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb.

İyulun 21-dən start götürən aksiya Bakı şəhərində, Abşeron və Qazax rayonlarında baş tutub. “Mətanət A” şirkətinin əməkdaşları və KOB könüllüləri vətəndaşların daha çox olduğu xidmət, ticarət və ictimai iaşə obyektlərinə yaxın yerlərdə tibbi maska paylayıb, koronavirus infeksiyasının profilaktikasına dair ətraflı məlumat veriblər.

Qeyd etmək lazımdır ki, pandemiya müddətində “Mətanət A” şirkətində korporativ məsuliyyət və virusla mübarizə ən yüksək səviyyədə olub. Hələ virusun ilk yaranma vaxtlarından etibarən şirkətin bütün inzibati binalarında, zavodlarında xüsusi qabaqlayıcı tədbirlərə start verilib. Belə ki, hər bir əməkdaş işə gəldiyi vaxt onun temperaturu ölçülür, xüsusi dezinfeksiya maddələrindən istifadə etməklə, maska və baxillə təmin edilir və daha sonra iş prosesinə daxil olur. Bundan başqa, hər həftə bütün zavod və inzibati binalar dezinfeksiya edilir.

Xüsusi həkim briqadası və məlumatlandırıcı lövhələr vasitəsilə əməkdaşlar arasında maarifləndirmə işləri aparılır və bununla da pandemiyayla mübarizədə dövlətin həyata keçirdiyi maarifləndirmə işlərinə dəstək göstərilir. Məhz bu tip tədbirlərin davamı olaraq “Mətanət A” şirkətinin zavod və istehsal müəssisələrinin cəmləndiyi üç şəhərdə keçirilən aksiya zamanı 5000-dən çox tibbi maska paylanılıb və geniş ictimaiyyət infeksiyanın profilaktikası haqqında əlavə məlumat əldə edib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri