Avq
2020
12:40
8
59
1480
Virtual karabakh

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib - VİDEO

4 Avq, 2020
12:40
1480

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək.

Mərkəzdən bildirilib ki, namizədlər iyul ayının 29-dan etibarən DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər.

4 avqust saat 11:30-a olan məlumata əsasən, 100-ə yaxın namizəd “imtahana buraxılış vərəqəsi” səhifəsinə daxil olmayıb və qeyd edilən sənədləri çap etməyib.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahan haqqında məlumat – imtahan keçiriləcək yer, bina, imtahan binasına yaxınlaşma vaxtı, həmçinin, imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən “Yaddaş kitabçası”ndan çıxarış əksini tapır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 1525 namizəd ərizə təqdim edib. Onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri isə qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan keçiriləcək yerə (binaya) gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

Ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını bir nəfərin müşayiət etməsinə də icazə verilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri