Avq
2020
11:20
68
19
870
Virtual karabakh

Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub

5 Avq, 2020
11:20
870

Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı gənclərin yaratdığı “Era Teatrı”nın yeni ofisinin açılış mərasimi keçirilib. Tədbirdə parlamentin, diplomatik korpusun, azərbaycanlı icmasının, yerli ictimaiyyətin nümayəndələri və “Era Teatrı”nın üzvləri iştirak ediblər.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Mərasimi giriş nitqi ilə açan teatrın bədii rəhbəri Anar Rafiqoğlu qonaqları paytaxtın mərkəzindəki yeni ofislərində salamlamaqdan məmnun olduğunu bildirib. Bədii rəhbər teatrın keçdiyi yola nəzər salıb, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə daha maraqlı fəaliyyət mərhələsinə qədəm qoyduqlarını vurğulayıb.

Mərasimdə Gürcüstan parlamentinin deputatı Qogi Meşveliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri Rafiq Hümmət, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, publisist-tərcüməçi Cambul Məmmədli, Qaratəhlə orta məktəbinin direktoru Bəhram İsayev və başqaları çıxış ediblər.

Natiqlər bu mədəniyyət hadisəsini Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrlarının tarixində əlamətdar bir gün kimi qiymətləndirərək, teatrın kollektivinə uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsində gənc aktyor Əli İlqaroğlunun monoloqu alqışlarla qarşılanıb.

Xatırladaq ki, “Era Teatrı”nın həyata keçirdiyi “Aktyorluq, teatr və kino” kursları layihəsi Azərbaycan Diasporuna Dəstək Fondunun köməyilə gerçəkləşdirilib və ofisin fəaliyyəti də həmin layihə çərçivəsində baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri