Avq
2020
14:09
160
22
2010
Virtual karabakh

Kürdəmir sakinində külli miqdarda narkotik vasitə aşkarlandı - VİDEO

5 Avq, 2020
14:09
2010

Kürdəmir sakinində külli miqdarda narkotik vasitə aşkarlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. 

Baku TV xəbər verir ki, Rayon Polis Şöbəsinə rayonun Sığırlı kənd sakini İqbal Ədilovun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması, daşıması, habelə yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında polis əməkdaşları İqbal Ədilovun yaşadığı evə baxış keçirib və oradan 133 ədəd, ümumi çəkisi 28 kq 900 qram olan narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb. İqbal Ədilov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri