Avq
2020
13:35
316
20
1060
Virtual karabakh

Kartof yığımı ötən ilə nisbətən artıb - VİDEO

Tovuz rayonunda kartof məhsullarının yığımına başlanılıb. Bu il fermerlər sahələrdən bol məhsul götürə biləcəklərini bildirirlər.

Baku TV xəbər verir ki, koronavirus pandemiyası kənd təsərrüfatının bu sektoruna müəyyən dərəcədə mənfi təsir etsə də, hazırki satış qiymətləri fermerləri qane edir.

Yığılan məhsullar yerində alınaraq bazara çıxarılır. Məhsullar daha çox Bakı və Gəncə şəhərlərində, eyni zamanda, digər iri şəhərlərin bazarlarında satılır.

Rəsmi rəqəmlərə görə, 2020-ci il üçün Tovuz rayonunda 6 748 hektardan artıq ərazidə kartof əkilib. Bu rəqəm ötən illə müqayisədə təxminən 200 hektar çoxdur.

Bu günə kimi dörd min hektardan çox ərazidə kartof yığımı başa çatıb. İlkin hesablamalara görə, rayon üzrə hər hektardan orta hesabla 25 tona yaxın məhsul gözlənilir. Məhsuldarlıq bol olan sahələr isə müasir suvarma sistemləri ilə təmin edilən ərazilərdir.

Hazırda ölkə üzrə kartof yığımı ancaq Qərb bölgəsinin Şəmkir, Tovuz və Ağstafa rayonlarının ərazilərində həyata keçirilir. Təxminən bir ay sonra ölkənin dağlıq rayonları olan Gədəbəy, Qəbələ, İsmayıllı və Qusarda məhsul yığımı başlayacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri