Avq
2020
12:21
185
83
5754
Virtual karabakh

Deputat: “Sanatoriyalarımızın pəncərələrini, döşəmələrini söküb aparırlar”

6 Avq, 2020
12:21
5754

Deputat: “Sanatoriyalarımızın pəncərələrini, döşəmələrini söküb aparırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvana 1 milyon 300 min manat vəsait ayrılması nəzərdə tutulub. Bu, ayrılmasa, ondan yaxşı idi”. 

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev deyib. 

O, sədri olduğu Konfederasiyaya 20 ildir ki, dövlət büdcəsindən pul ayrılmamasından da şikayətlənib. 

“Halbuki bizim də xərclərimiz var, sanatoriyalarımız var. İnsanlar həmin sanatoriyalara gəlirlər, dincəlirlər, sonra da pəncərələri, döşəməni, boruları söküb gedirlər”, - deyə S.Möhbalıyev əlavə edib. 

Millət vəkili Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini də tənqid edib: 

“Qaçqınkom”a pul verilir, o vəsaitdən bizə də pay düşür. Amma “Qaçqınkom” həmin vəsaiti bizə vermir, bu məsələ araşdırılmalıdır”. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri