Avq
2020
15:27
23
207
3997
Virtual karabakh

Bakıdakı bu küçənin nə adı var, nə də yolu - VİDEO

6 Avq, 2020
15:27
3997

Bakıdakı bu küçənin nə adı var, nə də yolu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşünün ki, yaşadıqları evə nə taksi, nə də təcili yardım çağıra bilirlər. Səbəb isə sakini olduqları küçənin hələ də adsız qalmasıdır.

“Ünvanınız haradır” sualı veriləndə bilmirik, nə deyək”, - söyləyən sakinlərin problemi bununla bitmir. Yolsuzluq səbəbindən qış aylarında palçıqdan, yayda isə tozdan çölə çıxmaq mümkün deyil.

Sabunçu rayonunun Maştağa qəsəbəsinin nəzdində olan bu ərazi köhnə “Gülçülük sovxozu”dur. İndiki adı isə hələ də naməlumdur.

Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyindən Baku TV-yə məsələdən xəbərdar olduqlarını və bu barədə AAYDA-ya müraciət etdiklərini bildiriblər.

Küçəyə adın verilməsi məsələsinə gəlincə... “Vətəndaşların şikayəti ilə bağlı məlumatımız var. “Azəryolservis”ə müraciət etmişik. Tezliklə problem aradan qaldırılacaq. Küçə adına qaldıqda isə, 2018-ci ildə o küçəyə ad verilib. Sadəcə, əmlak komitəsi gətirib lövhələri vurmayıb. Biz yenidən müraciət edəcəyik”, - deyə, nümayəndəlikdən məlumat veriblər.

Daha ətraflı aşağıdakı videosüjetdə:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri