Avq
2020
14:10
40
279
7019
Virtual karabakh

Siyavuş Novruzov: “Zərdabda turizm var?”

6 Avq, 2020
14:10
7019

Siyavuş Novruzov: “Zərdabda turizm var?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şahdağ bizim ən böyük turizm mərkəzimizdir. Bu birləşdirilib, mərkəzi Xaçmaz rayonuna salınıb. Digər bölgəni isə Zərdaba salıblar. Zərdabda turizm var? Buna görə də, qərar verəndə məsələlər düzgün qiymətləndirilməlidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, bəzi rayonlar birləşdirilməlidir.

Eyni zamanda, S.Novruzov Azərbaycanın Qərb bölgəsində təhsil idarələrinin mərkəzləşdirilməsini tənqid edib:

“Qazaxdan Gəncəyə qədər insanlar bir qurum üçün kilometrlərlə yol qət edirlər. Hər rayonda bizim kifayət qədər məktəblərimiz var. Hər rayonun özünün təhsil şöbəsi olmalıdır. Bu gün mərkəzləşmə etməyin nə mənası var?!”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri