Avq
2020
14:28
275
102
2684
Virtual karabakh

Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır”

6 Avq, 2020
14:28
2684

Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri