Avq
2020
16:01
21
130
1983
Virtual karabakh

İyulda neçə nəfərə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım ödənilib?

6 Avq, 2020
16:01
1983

İyulda neçə nəfərə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım ödənilib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi məlumat yayıb.

Onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd, 350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.

İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3% və ya 73 min nəfər çox olub.

Həmçinin ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların  maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1% və ya 91 milyon manat çox  olmaqla 468 milyon manat vəsait yönəldilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri