Avq
2020
17:35
67
263
2699
Virtual karabakh

Cəlilabaddakı meşə yanğını söndürüldü - YENİLƏNİB + VİDEO

6 Avq, 2020
17:35
2699

Cəlilabaddakı meşə yanğını söndürüldü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığındakı bələdiyyə torpağında baş verən, sonradan yaxınlıqdakı meşəlik əraziyə keçən yanğın FHN-nin yanğından mühafizə xidmətinin və ETSN-nin yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb. 

Oxu.Az xəbər verir ki, yanğın zamanı 2,5 hektar ərazidə böyürtkən, qaratikan kolları və quru ot örtüyü yanıb.

17:22

“Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə başlayan yanğın məhdudlaşdırılıb”.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir:

“Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

15:51

Cəlilabad rayonunda meşədə yanğın başlayıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, video Azpost səhifəsində yayımlanıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri