Avq
2020
17:41
238
34
3563
Virtual karabakh

Cəlilabadda tarixi abidəyə müdaxilənin qarşısı alınıb - FOTO

6 Avq, 2020
17:41
3563

Cəlilabadda tarixi abidəyə müdaxilənin qarşısı alınıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda yerləşən, yeni aşkar olunmuş tarixi abidəyə müdaxilənin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

O bildirib ki, Cəlilabad rayonu Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən “Qazan köşkü” arxeoloji abidəsinə müdaxilə olunub:

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb”.

Qeyd edək ki, hündür təpə üzərində yerləşən “Qazan köşkü” abidəsi ətraf əraziləri müşahidə altında saxlamağa imkan verən istehkam (qala) funksiyasını daşıyıb.

Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid “Qazan köşkü” müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri