Avq
2020
18:30
78
222
6932
Virtual karabakh

“40 pillə”də karantin qaydalarını pozanlar saxlanıldı – FOTO/VİDEO

6 Avq, 2020
18:30
6932

“40 pillə”də karantin qaydalarını pozanlar saxlanıldı – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

DİN-dən Oxu.Az-a verilən xəbərə görə, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb.  

Baxış zamanı kafedə səkkiz nəfər müştərinin olduğunu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb. 

Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün  məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər.

Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri