Avq
2020
15:57
30
287
3704
Virtual karabakh

Cəlilabadda yanan məktəb modul tipli ilə əvəz olunacaq - YENİLƏNİB + VİDEO

7 Avq, 2020
15:57
3704

Cəlilabadda yanan məktəb modul tipli ilə əvəz olunacaq - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonda yanan məktəb barədə məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonu Cəfərli kənd ibtidai məktəb binasında yanğın hadisəsi baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yanğının baş vermə səbəbi araşdırılır. 

Qeyd edək ki, Cəlilabad rayonu Cəfərli kənd ibtidai məktəbinin modul tipli məktəblə əvəzlənməsi nəzərdə tutulur.

09:30

Cəlilabad rayonunda yanğın baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yanıb.

Cəfərli kəndində qeydə alınmış hadisə zamanı ümumi sahəsi 170 kv/m olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 kv/m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri