Avq
2020
11:58
32
113
2211
Virtual karabakh

Parlament işsizliklə bağlı sənədi təsdiqlədi

Milli Məclisin iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Oxu.Az-ın məlumatına görə, sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Qanunun 13.2.2-ci maddəsinə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı üç il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə - bu qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.
Qanunun 16-cı maddəsində isə yazılıb ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Layihədə qeyd edilib ki, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində vəsait ödəniləcək.

Dəyişikliyə əsasən, Azərbaycanda müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ tanınacaq.

Layihə səsə qoyularaq qəbul edilib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri