Avq
2020
12:27
33
287
3928
Virtual karabakh

13 min insan sosial ödənişlərin alınmasından kənarlaşdırılıb - RƏSMİ

7 Avq, 2020
12:27
3928

13 min insan sosial ödənişlərin alınmasından kənarlaşdırılıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“13 min insan sosial ödənişlərin alınmasından kənarlaşdırılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 10 mini sonradan əmək müqaviləsi imzalayıb:

“Üç min insanın isə müxtəlif gəlir mənbələri olduğu üçün onlar sosial ödənişlərin verilməsindən kənarlaşdırılıb.

Sosial şəbəkələrdə həmin insanlarla bağlı yazılan hallar araşdırıldı və onlar növbəti dövr üçün ödənişlərdən uzaqlaşdırıldı. Amma o dövr üçün onun haqqı verildi və bu, ondan geri alınmır”.

“Bu proses elektron gedir və onun hər hansı vəsaitinin olub-olmaması bilinmir. Lakin sonradan bunlar aşkar edildikcə, onlar haqqında məlumatlar bu kateqoriyadan silindi”, - deyə, nazir əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri