Avq
2020
13:08
48
220
1661
Virtual karabakh

Elnur Allahverdiyev seçicilərinə hesabat verdi

7 Avq, 2020
13:08
1661

Elnur Allahverdiyev seçicilərinə hesabat verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev seçicilərinə növbəti dəfə hesabat verib.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdəki hesablarından paylaşdığı infoqrafikada deputat iyul ayı ərzində seçici müraciətləri, onların təmin olunması, pandemiya ilə əlaqədar imkansız ailələrə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumat paylaşıb.

Bildirilib ki, göstərilən müddətdə deputat 609 ailəyə ərzaq yardımı edib. Pandemiya dövründə bu yardım aksiyası davam edəcək.

E.Allahverdiyev qeyd edib ki, fəaliyyəti ərzində seçiciləri ilə daim ünsiyyətdədir və onların problemlərinin həllində vasitəçi olmağa çalışır.

Onun fikrincə, millət vəkili seçicisi qarşısında mütəmadi hesabat verməlidir.

E.Allahverdiyev hesabat xarakterli informasiyanı seçiciləri ilə gələcəkdə də bölüşəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri