Avq
2020
19:01
42
367
18529
Virtual karabakh

Xəzərdə iki qadın batdı: Biri xilas edildi, digəri isə... - YENİLƏNİB

Xəzərin Sumqayıt sahilində, şəhərin Sahil küçəsindəki “Diana” istirahət mərkəzinin çimərlik ərazisində boğulma hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu gün günorta saatlarında iki qadın dənizdə boğularkən ərazidə xidmət aparan Sumqayıt Yanğından Mühafizə Xidmətinin əməkdaşı, 1985-ci il təvəllüdlü Xəlilov Asif Əlişir oğlu və 1986-cı il təvəllüdlü Məmmədli Çingiz Qədir oğlu onları xilas etməyə çalışıblar. Qadınlardan biri xilas edilsə də, 42 yaşlı Musayeva Aygün Məmməd qızı dənizdə boğularaq ölüb.

Digər qadın 20 yaşlı İsmaylova Aygün Nadir qızı və onları xilas etməyə çalışan 2 nəfər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxananın baş həkimi Rauf Sadıqov bildirib ki, A.Xəlilov və Ç.Məmmədli terapiya şöbəsində müalicə alırlar, vəziyyətləri kafidir. A.Musayeva isə reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

18:06

Bu gün Xəzər dənizində iki qadın batıb.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, qadınlardan biri Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tərəfindən xilas edilib. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Digər qadının isə axtarışları davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri