Avq
2020
09:45
146
22
2963
Virtual karabakh

Meyvə bağında çətənə kolları yetişdirən şəxs tutulub - VİDEO

8 Avq, 2020
09:45
2963

Meyvə bağında çətənə kolları yetişdirən şəxs tutulub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bakı-Qazax magistralının yaxınlığında yerləşən meyvə bağında narkotik tərkibli çətənə kolları yetişdirən şəxsi saxayıblar.

Baku TV xəbər verir ki, keçirilən əməliyyatla 60 yaşlı Hacıqabul şəhər sakini Salmanov Əli Ağakişi oğlu tutulub. Ona məxsus bağ sahəsinə baxış keçirilib. 

Oradan aqrotexniki qaydada qulluq edilmiş 88 narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs çətənə kollarını müxtəlif növ sıx meyvə ağaclarının arasında əkməklə onlara aqrotexniki qaydada qulluq göstərib.

Keçirilən əməliyyatın davamı olaraq həmin şəxsə məxsus Xəqani küçəsi, 34 ünvanında yerləşən evdə axtarış aparılıb. Bu zaman oradakı yarımtikilidən xeyli miqdarda qurudulmuş marixuana aşkarlanıb.

Əli Salmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri